Elşad İskəndərov yeni vəzifəyə təyinat aldı


Digərləri 04 Dek 2018 17:16:00 279 0

Elşad İskəndərov yeni vəzifəyə təyinat aldı

İslam Əməmdalıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakı ofisindən Son.az-a verilən məlumata əsasən, İƏT Baş katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün təşkilatın Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə E.İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən Baş katib həmçinin İƏT adından təşkilatın Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərinin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə azərbaycanlı diplomata səmimi təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş katib Əl-Useymin bunu Azərbaycanın İƏT-ə və onun qurumları ilə əməkdaşlığa verdiyi yüksək qiymət kimi dəyərləndirib. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən Yusif bin Əhməd Əl-Useymin İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

Xoş sözlərə görə İƏT Baş katibinə təşəkkürünü bildirən E.İskəndərov isə Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, bu səpkidə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə əməli töfhələr verdiyini vurğulayıb və bundan sonrakı fəaliyyətində bu strateji xəttin gücləndirilməsi üçün təcrübə və bacarığını əsirgəməyəciyini bildirmişdir. Səfir İskəndərov məxsüsusi bildirib ki, ölkəmiz İƏT-də Baş katibinin təşəbbüsü ilə başlamış islahat prosesini dəstəkləyir, bu prosesin tezliklə aparılmasını və onun nəticəsində qurumun daha çevik, müasir dünyanın sürətlə dəyişən çağırışlarına adekvat cavab verə biləcək, üzvlərinin maraqlarını maksimal şəkildə müdafiə edəcək təşkilat olmasını dəstkləyir.


Xəbərə aid fotolar