Azərbaycan Universitetində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı tədbir keçirilib


Digərləri 04 Dek 2018 17:18:19 172 0

Azərbaycan Universitetində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Universitetində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Bacarıqlar əngəlsizdir” adlı tədbir keçirilib.

Bakı. Azərbaycan Universitetində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Bacarıqlar əngəlsizdir” adlı tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq 1992-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə 3 dekabr tarixinin Beynəlxalq Əlilliyi olan Şəxslər Günü olaraq qeyd olunduğunu bildirib. Məqsəd insanları cəmiyyətin müxtəlif təbəqələrində və inkişafın bütün mərhələlərində əlilliyi olan şəxslərin hüquqlarının qorunması və təşviq edilməsi, siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində onların vəziyyəti haqqında maarifləndirmək və problemə diqqət çəkməkdən ibarətdir. Kafedra müdiri bildirib ki, 2018-ci il üçün Əlilliyi olan Şəxslərin Beynəlxalq Gününün mövzusu “Əlilliyi olan şəxslərin gücləndirilməsi, onların inklüzivliyinin və bərabərliyinin təminatı” kimi seçilib. Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin yaranma tarixi, fəaliyyəti və nailiyyətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxlər istənilən sahədə özlərinə inkişaf yolu tapırlar, idman da bu sahələrdən birincisi hesab olunur. Paralimpiyaçıların uğurlarından bəhs edən İlqar Rəhimov əlilliyi olan şəxsləri diqqət mərkəzində saxladığı, tədbir keçirdiyi üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.