Fəxrəddin Manafov Rus Dram Teatrından ayrılır?


Kriminal 04 Dek 2018 16:55:00 287 0

Fəxrəddin Manafov Rus Dram Teatrından ayrılır?

"Fəxrəddin Manafov Rus Dram Teatrında çalışır, hazırda da işinin başında -  ştatdadır. Rus Dram Teatrı olaraq xəbərin yalan olduğunu söyləyirik". 

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması xəbərinə münasibət bildirərkən deyib.

Teatrın rəsmisi Fəxrəddin Manafovla bağlı yayılan xəbərin səbəbini özündən soruşmağı tövsiyə edib:

"Yaxşı olar ki, Fəxrəddin müəllimin özündən sosial şəbəkələrdə niyə teatrdan ayrılması barədə informasiya yayıldığını soruşun".