Dövlətə külli miqdarda ziyan vuran sahibkarın məhkəməsi başladı


Digərləri 04 Dek 2018 16:59:58 216 0

Dövlətə külli miqdarda ziyan vuran sahibkarın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən "RİCH" firmasının təsisçisi İbrahim Səfərov qeyd edib ki, o "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu alıb: “Xaricdən mal almaq üçün isə pulu Emil Xəlilova verirdik. O da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırdı. Lakin sonuncu dəfə Emil bizi aldatdı. O mənə 675 min manat zərər vurdu”. Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək.