Bakıda bəzi sürüşmə əraziləri aktivləşib


Digərləri 04 Dek 2018 16:36:00 234 0

Bakıda bəzi sürüşmə əraziləri aktivləşib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı sürüşmə əraziləri ilə bağlı mövcud vəziyyəti açıqlayıb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Bayıl və "Teleqüllə" sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Badamdar sürüşmə sahəsi - istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyət saxlanılmaqdadır.

Səbail rayonunda "Buxta küçəsi" sahədə quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.