Nazir Azərbaycan, Rusiya, Türkiyə və İranın telekommunikasiya sahəsində birgə əməkdaşlığı barədə


Siyasət 04 Dek 2018 16:24:00 304 0

Nazir Azərbaycan, Rusiya, Türkiyə və İranın telekommunikasiya sahəsində birgə əməkdaşlığı barədə

Dörd ölkənin - Azərbaycan, Rusiya, Türkiyə və İranın rabitə nazirliklərinin əməkdaşlığı regionda telekommunikasiya infrastrukturunun inkişafında vacib rol oynayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan deyib.

O bildirib ki, dörd ölkənin mövcud infrastrukturu regionun bütün ölkələrində telekommunikasiyanın inkişafına xidmət edir:

"İnformasiya mübadiləsi üçün həm peyk rabitəsinin, həm də fiber-optik infrastrukturun resursları istifadə oluna bilər".

Nazir onu da əlavə edib ki, texnoloji infrastrukturun inkişafı fonunda kibertəhlükəsizlik xüsusi əhəmiyyət kəsb etməyə başlayır və bu aspektdə tərəflər bu sahə üzrə əməkdaşlığın vacibliyini vurğulayıb.