Corc Buşun köpəyi milyonları kövrəltdi


Digərləri 04 Dek 2018 16:08:00 278 0

Corc Buşun köpəyi milyonları kövrəltdi

ABŞ-ın mərhum prezidenti ata Corc Buşun tabutu qarşısında uzanmış qəmli köpəyin fotosu sosial şəbəkələrdə sürətlə yayılır.

Son.az bildirir ki, labrador cinsindən olan Salli sahibinin, 94 yaşlı Corc Buşun xidmətçi köpəyi olmaqla bahəm, dostu və sirdaşı idi.

Sallinin Hyustonda, sahibinin tabutunun qarşısında uzanmış vəziyyətdə çəkilmiş fotosu itin adına İnstagram-da yaradılmış "sullyhwbush" profilində "Missiya başa çatdı" sözləri ilə müşayiət olunaraq paylaşılıb. Foto sadəcə İnstagram profilində 203608 dəfə bəyənilib, 11600 dəfə şərh olunub.

Corc Buşun xanımı Barbara Buş vəfat edəndən sonra Salli ona xildmətçi kimi verilmişdi.


Xəbərə aid fotolar