Kıvanç məhkəməyə müraciət etdi


Digərləri 04 Dek 2018 15:38:00 230 0

Kıvanç məhkəməyə müraciət etdi

Kıvanç Tatlıtuğ ilə Başak Dizer cütlüyü bal ayı zamanı Havay adasında çəkilən şəkilləri üçün məhkəməyə müraciət edib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, cütlük bal ayı oteli kimi tanınan "Andaz Maui at Wailea"da tətil edən cütlüyün gizli şəkilləri lentə alınıb. 

Həmin fotolar bir çox səhifələrdə yayılıb. Tatlıtuğ arvadı ilə olan fotolarının gizli çəkilməsindən narahat olub. Aktyor məhkəməyə müraciət edərək bunla bağlı saytlarda dərc edilən fotolara əngəl qoyulmasını istəyib.