İsrail "Şimal qalxanı" əməliyyatına başlayır


Dünya 04 Dek 2018 15:19:00 248 0

İsrail "Şimal qalxanı" əməliyyatına başlayır

İsrail hərbçiləri "Şimal qalxanı" əməliyyatına başladıqlarını elan ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyatda məqsəd döyüşçülərin gizli şəkildə İsrail ərazisinə keçməsi üçün Livanın "Hizbullah" hərəkatı tərəfindən çəkilən transsərhəd tunelləri aşkarlayaraq məhv etməkdir.

İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus sayını açıqlamasa da, belə yeraltı keçidlərin olduğunu təsdiq edib. Bununla belə, o bildirib ki, həmin tunellər hələ istifadə olunmayıb və israillilər üçün heç bir təhlükə daşımır.