Elmar Məmmədyarov Milana yola düşüb


Siyasət 04 Dek 2018 15:05:00 205 0

Elmar Məmmədyarov Milana yola düşüb

Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüb.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Sxofer - ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.