Salyanda mikroavtobus qəzaya uğradı:


Digərləri 04 Dek 2018 14:38:00 220 0

Salyanda mikroavtobus qəzaya uğradı:

Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sərnişindaşıyan mikroavtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüseynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.