Erməni polisi təzyiq alətinə çevrilib


Dünya 04 Dek 2018 14:15:00 223 0

Erməni polisi təzyiq alətinə çevrilib

Ermənistan polisi seçkiqabağı təzyiq alətinə çevrilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu fikri Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasından deputatlığa namizəd Arpine Ovannisyan "Feysbuk" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Respublikaçılar Partiyasının silahdaşları, seçki qərargahının əməkdaşları və onların yaxınları partiyanın konkret seçki məntəqəsində 10-dan çox səs toplayacağı təqdirdə, onlara problem yaranacağına dair siqnallar alırlar:

"Biz çoxları seçki gününədək (dekabrın 9-dək-red.) müvəqqəti olaraq, ölkəni tərk etməyə məcbur olurlar. Yeri gəlmişkən, sonuncu fikri sübut etmək çox asandır".