Qusarda güllələnmə baş verib


Digərləri 04 Dek 2018 13:48:00 276 0

Qusarda güllələnmə baş verib

Qusarda baş verən güllələnmə ilə bağlı rəsmi məlumat yayılıb

Bakı. Qusarda baş verən güllələnmə ilə bağlı rəsmi məlumat yayılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qusar və Quba Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Qusar şəhəri ərazisində Sabirabad rayon sakini Zaman Əhmədova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini Əşrəf Qədirov saxlanılıb.