Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı:


Digərləri 04 Dek 2018 13:20:00 268 0

Səkkiz yaşlı qız Bakıda məhkəmədə ağladı:

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Osman Ziyadovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Son.az oxu.az-a istiandən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən O.Ziyadov özünü təqsirli bilmədiyini deyib. 

Sonra zərərçəkmiş şəxs qismində səkkiz yaşlı Fidan Qəhrəmanova (ad-soyad şərtidir) ifadə verib. O deyib ki, O.Ziyadovun bacısı ona dayəlik edib:

"Anam xaricə gedib-gəlirdi, ona görə mənə dayə tutmuşdular. Arada dayəm məni öz evlərinə aparırdı. Biz hamımız bir otaqda qalırdıq. Dayəmin qardaşı Osman dəfələrlə mənə təcavüz edib. Axşam yatanda bunu təkrar edirdi, əli ilə ağzımı tuturdu ki, qışqırmayım".