Millət vəkili: Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində alsınlar


Digərləri 04 Dek 2018 12:58:00 231 0

Millət vəkili: Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində alsınlar

İlbəil orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayı artır. Bu şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik.

Bakı. Elçin Mehdiyev – İlbəil orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayı artır. Bu şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Trend-in məlumatına görə, bunu deputat Gövhər Baxşəliyeva Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.