Azərbaycanda ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər


Digərləri 04 Dek 2018 12:37:00 313 0

Azərbaycanda ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər

Azərbaycanda ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu Qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.