İşəgötürənlər bu kateqoriyadan olan insanları işlə təmin etməyə borclu olacaqlar


Digərləri 04 Dek 2018 12:36:30 178 0

İşəgötürənlər bu kateqoriyadan olan insanları işlə təmin etməyə borclu olacaqlar

İşəgötürənlər bu kateqoriyadan olan insanları işlə təmin etməyə borclu olacaqlar.

Bakı. Ceyhun Ələkəbərov - Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Azərbaycanda Məşğulluq Xidməti orqanlarının gücləndirilməsi. V hissə. Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi üçün əməyin idarə edilməsi institutları” mövzusunda 4 günlük kursa start verilib. Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, tədbirin məqsədi sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupunun məşğulluğunun təmin olunması ilə bağlıdır: "İştirakçılara gənclərin, pensiya yaşına iki il qalmış vətəndaşların əmək bazarına inteqrasiyası üçün nəzərdə tutulan mexanizmlərlə bağlı məlumat veriləcək".