Nazir: "Azərbaycan tranzit və regional informasiya magistralının yaradılması üzərində işləyir"


Digərləri 04 Dek 2018 12:09:00 202 0

Nazir: "Azərbaycan tranzit və regional informasiya magistralının yaradılması üzərində işləyir"

Azərbaycanda İKT sahəsində potensialın artırılması və tranzit və regional informasiya magistralının yaradılması üzərində işlər davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransının açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, ölkədə İnnovasiyalar Agentliyinin yaradılması İKT sahəsinin inkişaf tempini artıracaq.