Nazir: Azərbaycan tranzit və regional informasiya magistralının yaradılması üzərində işləyir


Digərləri 04 Dek 2018 12:04:00 221 0

Nazir: Azərbaycan tranzit və regional informasiya magistralının yaradılması üzərində işləyir

Azərbaycanda İKT sahəsində potensialın artırılması və tranzit və regional informasiya magistralının yaradılması üzərində işlər davam edir

Bakı. Hüseyn Vəliyev - Azərbaycanda İKT sahəsində potensialın artırılması və tranzit və regional informasiya magistralının yaradılması üzərində işlər davam edir. Trend-in məlumatına görə, bunu 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransının açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Onun sözlərinə görə, ölkədə İnnovasiyalar Agentliyinin yaradılması İKT sahəsinin inkişaf tempini artıracaq.