Qara peşman oldu: "Bilsəydim saçımı kəsdirməzdim"


İdman 04 Dek 2018 11:51:00 258 0

Qara peşman oldu: "Bilsəydim saçımı kəsdirməzdim"

Milli komandamızın və “Qarabağ”ın futbolçusu Qara Qarayev yeni imici ilə bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Keşlə üzərindəki 5-1 hesablı qələbədən sonra açıqlama verən futbolçu saçını dibdən qırxdırmasına olan reaksiyalardan təccübləndiyini bildirib:

"Bunun müzakirəyə çıxarılması doğru deyil, məncə. Saçdı da, kəsdirdim, vəssalam. Sabah sarı gödəkçə geyinsəm, bu da xəbər olacaq? Gözləməzdim bu qədər diqqət çəksin, düşünmürdüm. Bilsəydim, bu qədər adam paylaşacaq, danışacaq, heç eləməzdim. İndiki zamanda daha çox idmanla, özümüzlə bağlı düşünməliyik. Saç, imic kimi mövzular ikinci dərəcəlidir".