“AzerGold” QSC ilə AMEA arasında görüş keçirilib (FOTO)


Digərləri 04 Dek 2018 11:55:00 212 0

“AzerGold” QSC ilə AMEA arasında görüş keçirilib (FOTO)

3 dekabr tarixində “AzerGold” QSC-nin inzibati binasında Cəmiyyət nümayəndələri, bir qrup geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Bakı. 3 dekabr tarixində “AzerGold” QSC-nin inzibati binasında Cəmiyyət nümayəndələri, bir qrup geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizin ümumi inkişafından geniş söhbət açaraq, yeni istehsalat sahələrinin yaradılması və dağ-mədən sənayesinin ümumi iqtisadi inkişafdakı əhəmiyyəti haqqında ətraflı məlumat verib. Z. İbrahimov dağ-mədən sahəsinin inkişafında elmin rolundan danışaraq, istehsalatda əldə edilən uğurlarda AMEA tərəfindən göstərilən dəstəyi də xüsusilə vurğulayıb. Tədbir çərçivəsində geologiya və geofizika institutunun akademiki Arif İsmayıl-Zadə “Kiçik Qafqazın qızıl yataqlarının klassifikasiyası” mövzusunda təqdimatla çıxış edib, ölkənin qızıl yataqları və perspektivləri ilə bağlı görüş iştirakçılarına ətraflı məlumatlar verib. Görüş Cəmiyyət nümayəndələri və alimlər arasında müxtəlif əməkdaşlıq istiqamətləri, o cümlədən innovativ texnologiyalar və yeni yanaşmalar ətrafında geniş müzakirələrlə davam edib.