Ermənistan müharibəyə görə təşviş içindədir


Siyasət 04 Dek 2018 11:40:00 59 0

Ermənistan müharibəyə görə təşviş içindədir

Azərbaycanın hərbi gücü qarşısında Ermənistan döyüşlərə qatılmasa yaxşıdır.

Azərbaycanın hərbi gücü qarşısında Ermənistan döyüşlərə qatılmasa yaxşıdır.

Ermənistan KİV-də Azərbaycanın öz hərbi potensialını artırması ilə bağlı ən kiçik informasiya da gözdən qaçırılmır. Erməni mediasının nümayəndələri Azərbaycanın hərbi gücünü artırmaq yolunda atdığı hər addımı diqqətlə izləyirlər. Erməni mediasında bununla bağlı demək olar ki, hər gün məqamların öz əksini tapdığı yazılar geniş işıqlandırılır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda başlayacağı mümkün müharibə ehtimalına görə Ermənistan daim təşviş içərisindədir. Təcavüzkar ölkənin "news.am", "lragir", "razm.info", "tert, "1in.am" kimi tanınmış saytları bu təşvişi əks etdirən yazıları dərc edirlər. "Tert" saytında işıq üzü görən yazıda müəllif Azərbaycanın son hərbi uğurlarına və Milli Ordumuzun silahlandırmasına diqqəti çəkərək Fransanın ölkəmizə silah satacağı ilə bağlı qorxu dolu ehtimallarını dilə gətirib. Həmin yazıda qeyd olunur ki, "Fransanın "MBDA Systems" şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və "VL Mica" hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir. Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb. Şirkətin nümayəndələri deyirlər ki, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur: "Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük". Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaq mənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir". Müəllif yazısında hiddət dolu qısqanclıqla qeyd edib.

Bəli, Azərbaycan hökuməti dünyanın ən güclü dövlətləri ilə siyasi, hərbi əməkdaşlığını ən yüksək səviyəyə çatdırmaq üçün durmadan fəaliyyət göstərir. Rusiya, ABŞ, İsrail, İtaliya, Pakistan, Belarus kimi Azərbaycana silah ixrac edən ölkələr sırasına yaxınlarda Fransa da qoşulacaq. Bu isə o deməkdir ki, mümkün müharibə variantında Azərbaycanın hərbi gücü qarşısında Ermənistan döyüşlərə heç qatılmasa yaxşıdır. Çünki işğalçı ölkənin məğlubiyyəti bəri başdan məlumdur. Azərbaycan durmadan öz hərbi potensialını artırır. Bəs bu müddətdə Ermənistan nə işlə məşğuldur? Boş demaqogiya ilə. Erməni ictimaiyyəti səfil vəziyyətdə yaşayır, ölkədə işsizlik və aclıq ən son həddə çatıb, əvəzində  Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın xanımı əziyyət çəkməsin deyə 100 km-lik məsafəni vertolyotlarda gəzir. N.Paşinyan ölkədəki problemləri həll etmək barəsində ağız dolusu bəh-bəhlə danışır, ancaq ortada heç bir konkret nəticə yoxdur.  İndidən özlərinin rahatlığını ən yüksək səviyyədə fikirləşən paşinyanlar ailəsinin hakimiyyətə yiyələndikdən sonra özlərinə hansı lüksü rəva görəcəkləri və öz korrupsioner sələflərinin yolunu davam etdirəcəkləri göz qarşısındadır. Azərbaycan bu gün xarici siyasət kursunda heç vaxt olmadığı qədər böyük uğurlara imza atır, Ermənistan isə hələ də parlamentli, yoxsa prezidentli respublika olmaq kimi dilemmaları qəti şəkildə həll edib qurtara bilməyib. Bundan əvvəl Ermənistan hərbi xunta rejiminin zülmündən əziyyət çəkirdi, indi isə digər bir naşı siyasətçinin düşüncəsiz hərəkətləri və infantil ərköyünlüyünün qurbanı olmaqda davam edir. Paşinyan sanki məqsədli şəkildə Ermənistanın xarici aləmə çıxan yollarını bir-bir bağlayır. Bununla müqayisədə Azərbaycana baxaq. Azərbaycan dünyanın ən güclü dövlətləri ilə müttəfiqlik səviyyəsində münasibətlər qurur. Ermənistan rəhbərliyi boş-boş danışır, Azərbaycan isə əməli işlərlə öz real hərbi gücünü və beynəlxalq arenada mövqeyini möhkəmləndirir.

Həmçinin, mümkün Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi məsələsinə də biganə qala bilmərik. Üçtərəfli təlimlərin keçirilməsi fikri işğalçı ölkəni dərindən narahat edir.

Bütün bu faktların işğlaçı ölkənin mətbuatında da prioritet mövzu olması bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialını artırması, mümkün müharibə ehtimalı bu gün Ermənistanı ciddi narahat edir və çox qorxudur. Bu qorxunun yeganə çarəsi isə Ermənistanın ən qısa müddətdə Azərbaycanın işğal altında saxladığı torpaqlarını boşaltmasıdır.

Analitik Ehtiram Aşırlı Son.az

Gələn il hotellərə ulduzlar təqdim olunacaq like
  • 04 Dek 11:38  
Digərləri Gələn il hotellərə ulduzlar təqdim olunacaq

Gələn il sentyabr-dekabr ayları ərzində hotellər üçün yeni ulduz təsni

arrow Ətraflı
Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı? like
  • 04 Dek 11:37  
Digərləri Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı?

Space TV-də yayımlanan sosial-kriminal layihə "Gəl Dərdini Danış&quo

arrow Ətraflı
Türkiyədən gətirilən tozsoranın içindən psixotrop maddə çıxdı like
  • 04 Dek 11:37  
Digərləri Türkiyədən gətirilən tozsoranın içindən psixotrop maddə çıxdı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda T

arrow Ətraflı
Aparıcıdan efirdə qadın müğənniyə HÖRMƏTSİZLİK like
  • 04 Dek 11:33  
Digərləri Aparıcıdan efirdə qadın müğənniyə HÖRMƏTSİZLİK

Zaur Kamal müğənni Yeganə Mürsəlovanı proqramına gəlməyə peşman edi

arrow Ətraflı
Təhsildə nailiyyətləri ilə fərqlənənlərə məqsədli pul mükafatı verilə bilər like
  • 04 Dek 11:32  
Digərləri Təhsildə nailiyyətləri ilə fərqlənənlərə məqsədli pul mükafatı verilə bilər

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq i

arrow Ətraflı
Əhəd Abıyev qəzaya düşdü like
  • 04 Dek 11:32  
Digərləri Əhəd Abıyev qəzaya düşdü

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qə

arrow Ətraflı
2023cü ilə qədər Azərbaycana gələn turistlərin sayı like
  • 04 Dek 11:28  
Digərləri 2023cü ilə qədər Azərbaycana gələn turistlərin sayı

2023-cü ilə qədər Azərbaycana gələn turistlərin sayını 2 dəfə artır

arrow Ətraflı
Bakıda "Lotu Quli"ylə görüşə məhdudiyyət qoyuldu  Onunla yalnız... like
  • 04 Dek 11:27  
Digərləri Bakıda "Lotu Quli"ylə görüşə məhdudiyyət qoyuldu Onunla yalnız...

Ötən həftə Türkiyədən Azərbaycana ekstradisiya olunan "Lotu Quli&qu

arrow Ətraflı
Gələn il hotellərə ulduzlar təqdim olunacaq like
  • 04 Dek 11:25  
Digərləri Gələn il hotellərə ulduzlar təqdim olunacaq

Gələn il sentyabr-dekabr ayları ərzində hotellər üçün yeni ulduz təsni

arrow Ətraflı
Rejissor teatrda sevgilisinə evlənmək təklifi etdi  FOTO like
  • 04 Dek 11:22  
Digərləri Rejissor teatrda sevgilisinə evlənmək təklifi etdi FOTO

Biray Dalkıran dicey sevgilisi Asuman Şenerə sürpriz hazırlayıb

arrow Ətraflı
Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb like
  • 04 Dek 11:19  
Digərləri Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.

arrow Ətraflı