Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar


Digərləri 04 Dek 2018 11:46:19 285 0

Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar

Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar.