“Danışdığın yalan qarşındakına zərər verməməlidir”


Digərləri 04 Dek 2018 11:35:00 273 0

“Danışdığın yalan qarşındakına zərər verməməlidir”

"ARB Günəş"in "Kiçikdən-böyüyə" verilişinin budəfəki qonaqları tanınmış animasiya rejissoru, rəssam Elçin Hami Axundov və balaca Dəniz olub.

Son.az bildirir ki, tanınmış animator Dənizə cizgi filmlərinin necə hazırlanmasından danışıb, animasiya filmlərinin uşaqlar üçün əhəmiyyətindən söhbət açıb. Dənizin "Elçin baba, yalan danışmaq olar? Siz heç yalan danışmısınız?" sualına rejissor belə cavab verib: "Yalan danışmaq yaxşı deyil. Bəzən məcbur olursan ki, yalan danışasan. Hərdən bir xeyir işlər üçün yalan danışmaq olar. Amma sənin danışdığın yalan qarşındakı insana zərər verməməlidir". Elçin Hami Axundov, həmçinin ölkənin ilk uşaq televiziyası "ARB Günəş"i böyük maraqla izlədiyini bildirib. Balaca Dəniz rejissorla veriliş boyu maraqlı söhbət ediblər. "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı "ARB Günəş"də yayımlanır.


Xəbərə aid fotolar