Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı?


Digərləri 04 Dek 2018 11:37:43 266 0

Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı?

Space TV-də yayımlanan sosial-kriminal layihə "Gəl Dərdini Danış"da daha bir cinayətin təfərrüatları araşdırılıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, aparıcı Göyçayda baş verən müəmmalı ölüm hadisəsi ilə bağlı adıçəkilən rayona yollanıb. Verilişə müraciət edən Firəngiz xanım oğlunun ölümündə qonşularını günahlandırıb. Belə ki, Anar evli olub və qonşu gəlini Aygünlə əlaqələri olub. (red- Gəlinin qayınatası da bu məsələni təsdiq edir). Aygün xanımın sözlərinə görə, Anar həyətdə olarkən bir gün ona təcavüz edir və sürüyərək evin arxasına aparır. Aygün xanım da bu məsləni ailəsinə danışır. Səs-küyə yığılan qohumlar və Aygünün anası, qardaşı qonuşuluqda olan Anarın evinə basqına gedirlər. Aygünün anası Məryəm xanım yataqda yarıçılpaq uzanan Anara hücum edir masanın üzərində olan stəkan ilə ona ağır zərbələr endirir.

Anarın anası oğlunu döyənlər arasında qonşu gəlini Aygünün əri Zaur və qayınatası Rizvan bəyin olduğunu da iddia edib. Hadisə şahidləri müsahibə verir və baş verənlərə aydınlıq gətirir. Hətta Aygünün anası Anarı vurduğunu ilk dəfə olaraq etiraf edib.