Türkiyədən gətirilən tozsoranın içindən psixotrop maddə çıxdı


Digərləri 04 Dek 2018 11:37:00 235 0

Türkiyədən gətirilən tozsoranın içindən psixotrop maddə çıxdı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, əl yükünə baxış zamanı, "Fantom" markalı tozsoranın içərisindən sellofan paketdə külli miqdarda, təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən başlanan cinayət işi çərçivəsində həmin psixotrop maddəni götürmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn 3 nəfər Azərbaycan vətəndaşı da saxlanılıb.