Gələn il hotellərə ulduzlar təqdim olunacaq


Digərləri 04 Dek 2018 11:25:00 230 0

Gələn il hotellərə ulduzlar təqdim olunacaq

Gələn il sentyabr-dekabr ayları ərzində hotellər üçün yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq olunacaq.

Bak. İlhamə İsabalayeva - Gələn il sentyabr-dekabr ayları ərzində hotellər üçün yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq olunacaq. Dekabr ayında isə hotellərə ulduzlar təqdim olunacaq. Trend-in məlumatına görə, bunu yeni yaradılan Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bu qurumun Birinci Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hotellərin milli təsnifat sistemində şəffaflıq və davamlılığının təmin edilməsi üçün kənar təftiş komissiyaları cəlb ediləcək: "Hər kəs soruşur ki, təsnifatlaşdırma hansı formada şəffaf keçiriləcək. Bunun üzərində işləyirik. Növbəti Assambleyada bunu açıqlayacağıq. Sistemin neytrallığını və obyektivliyini təmin etmək üçün bütün yoxlamalar Azərbaycan Hotel Assosiasiyasında təlim keçmiş və təsdiqlənmiş iki təcrübəli hotelçi tərəfindən aparılacaq".