""Polonez", "LORA" və nümayiş olunmayan digər silahlar Ermənistanda istənilən obyekti məhv etməyə qadirdir" General Məmmədov


Siyasət 04 Dek 2018 11:04:00 315 0

""Polonez", "LORA" və nümayiş olunmayan digər silahlar Ermənistanda istənilən obyekti məhv etməyə qadirdir"  General Məmmədov

Yerevanda keçirilən "Lazarev klubu"nun iclasında MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyevin çıxışı hazırkı Ermənistan rəhbərliyinə ünvanlanmış xəbərdarlıqdır.

Son.az xəbər verir ki, bunu müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov bildirib.

Generalın fikrincə, çıxışda diqqətçəkən məqam ondan ibarətdir ki, rusiyalı ekspert hazırkı vəziyyətin Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərini işğal etmiş Ermənistan ordusu üçün əlverişsiz olduğunu, Azərbaycanın Ordusunun isə silah baxımından üstünlüyünü aşkar şəkildə etiraf etməklə Nikol Paşinyan hökumətini illər əvvəl müəyyən edilmiş siyasi kursdan çıxmamağı məsləhət görür:

Rusiyalı avantürist Azərbaycana qarşı od püskürdü  "Bir sözlə, rusiyalı ekspertin çıxışının əsas məğzi Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinin Ermənistan dövlətçiliyi üçün olduqca təhlükəli olduğunu anlatmaqdır.

Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan "Polonez", "LORA" və bu günədək nümayiş etdirilməyən digər silahlar düşmən ölkə ərazisində istənilən obyektləri məhv etməyə qadirdir. Bu səbəbdən də rəsmi Yerevanın hərbi-siyasi rəhbərliyi hazırkı reallığı dərk etməli, müharibə ritorikasından əl çəkməli və münaqişənin həllində konstruktivlik nümayiş etdirməlidir. Əks halda Ermənistan Azərbaycan Ordusunun gücünü, sözün əsl mənasında, hiss edəcəkdir!" - general-leytenant Çingiz Məmmədov bildirib.

Zabit Əsgərov Son.az