Cəlilabadlı narkobaron Bakıda tutuldu FOTO


Digərləri 04 Dek 2018 10:57:00 310 0

Cəlilabadlı narkobaron Bakıda tutuldu  FOTO

DİN-dən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün hazır qablaşdırılmış formada 34 ədəd bükümdə ümumi çəkisi 15 qrama yaxın heroin, həmçinin 2 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq C.Məmmədovun Xətai rayonunda kirayədə yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 445 qram heoin, 47,666 qram metamfetamin, 1,709 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Zaur adlı şəxsdən satmaq məqsədi ilə 10000 manata aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat nəticəsində həmin şəxs - Cəlilabad rayon sakini Zaur Məmmədov Qaradağ rayonu ərazisində saxlanılaraq istintaqa təqdim olunub.


Xəbərə aid fotolar