"Götürüb süpürgəçilərin şəklini düzürsünüz, lazım deyil belə şeylər"


Şou-biznes 04 Dek 2018 09:38:00 246 0

"Götürüb süpürgəçilərin şəklini düzürsünüz, lazım deyil belə şeylər"

Əməkdar artist Məlahət Abbasova və müğənni Xatirə İslam qalmaqalı səngimək bilmir.

Son.az axşam.az-a istinadən bildirir ki, Xatirə növbəti dəfə aktrisaya videomüraciətlə cavab verib. O, M.Abbasovanı söhbətə son qoymağa çağırıb:

"Götürüb süpürgəçilərin şəklini düzürsüz və altdan yazırsınız ki, namusu ilə pul qazanan süpürgəçilərin qarşısında baş əyirəm. Başa salın görüm, bu məsələnin süpürgəçilərə nə aiddiyəti var? Onların şəklini qoyub özünüzə xal qazanırsınız? Siz ağzınızdan səhv buraxmısınız və cavabını da almısınız. Lazım deyil belə şeylər etmək. Hörmət qazanmaq lazımdır şəhid analarının, əsgərlərin, xəstə uşaqların yanında. Süpürgəçilərə, imkansızlara hörmət eləmək lazımdır, yoxsa yalandan şəkil qoymaq lazım deyil. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Məncə, bu, son olsun, bitsin hər şey".