Instagramda yeni funksiyalar istifadəyə verilib


Digərləri 04 Dek 2018 08:51:00 216 0

Instagramda yeni funksiyalar istifadəyə verilib

"Instagram"da zəif görənlər üçün sosial şəbəkədən istifadəni asanlaşdıran funksiyalar istifadəyə verilib.   Son.az ICTnews-a istinadən bildirir ki, yeni funksiyalardan biri xüsusi texnologiya sayəsində şəkildə təsvir edilmiş obyektləri tanımağa və onları uca səslə sadalamağa imkan verir.   Bundan başqa, fotoşəkillərin əlavə edilməsi vaxtı onun təsvirini tərtib etmək mümkün olub ki, bu da zəif görən istifadəçi üçün həmin təsviri  səsləndirməyə imkan verir.   "Instagram" - 2010-cu ildə ABŞ-da Kevin Sistrom və Mayk Kriqer tərəfindən hazırlanmış sosial şəbəkə elementlərinə malik şəkil və videolarla  mübadilə üçün pulsuz mobil proqramdır. 2012-ci ildə "Facebook" sözügedən xidməti 1 milyard dollara satın alıb.