Ekvador prezidenti istintaqla bağlı vitseprezidenti istefaya göndərib


Dünya 04 Dek 2018 08:58:00 218 0

Ekvador prezidenti istintaqla bağlı vitseprezidenti istefaya göndərib

Ekvador prezidenti Lenin Moreno vitse-prezident Mariya Alexandra Vikunyanı ona qarşı aparılan istintaqla bağlı istefaya göndərib.

Son.az Trend-ə istinadən bildirir ki, vitse-prezidentə qarşı korrupsiya ilə bağlı istintaqnoyabr ayının sonunda başlayıb. Söhbət 2011-2013-cü illərdə Mariya Vikunyanın deputat olduğu zamanlardan gedir.

Vitse-prezidentin keçmiş köməkçisinin ifadəsinə əsasən, guya vəzifələrə təyinatlar üçün o vitse-prezidentə pul ödəyirdi. Ödənişlərin məbləği ayda 300-1400 dollar arası dəyişib.