Dekabrın 6 günü gecələr çox uzun 14 saat 43 dəqiqə,


Digərləri 04 Dek 2018 08:44:00 282 0

Dekabrın 6 günü gecələr çox uzun  14 saat 43 dəqiqə,

Azərbaycana qış fəsli daxil olduqdan sonrakı 6 gün ərzində ən qısa gündüzlər və ən uzun gecələr müşahidə ediləcək.

Son.az bildirir ki, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, Azərbaycana qış fəsli dekabrın 22-də saat 02.22.42-də daxil olacaq:

"Dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq. Həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq".