BMT TŞ İranın raket sınaqlarını müzakirə edəcək


Dünya 04 Dek 2018 08:47:00 237 0

BMT TŞ İranın raket sınaqlarını müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə İranın raket sınaqlarına dair qapalı məsləhətləşmələr keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a Fransanın BMT yanında daimi nümayəndəliyinin nümayəndəsi Aleksis Modjaski bildirib.

A.Modjaski deyib: "İranın ballistik sınaqları üzrə məsləhətləşmələr sabah qapalı formatda keçiriləcək".

BMT Təhlükəsizlik Şurasının səhər iclası Nyu-York vaxtı ilə saat 10:00-da başlıyır.