ABŞ Avropanın dəstəyinə ümid edir


Dünya 04 Dek 2018 08:48:00 233 0

ABŞ Avropanın dəstəyinə ümid edir

ABŞ ümid edir ki, Aİ İranın raket proqramı ilə bağlılığı olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

B.Huk deyib: "Avropalılar tam şəkildə bunu başa düşür və mən hesab edirəm ki, biz təklifin Brüsseldə müzakirə olunması üçün irəli gedirik. Bu ciddi və artmaqda olan təhlükədir".

O, xatırladıb ki, ABŞ Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini gözləyir.