Mingəçevirdə qəzaya düşən hamilə qadın təcili yardım şöbəsində uşaq dünyaya gətirib


Digərləri 04 Dek 2018 08:20:00 233 0

Mingəçevirdə qəzaya düşən hamilə qadın təcili yardım şöbəsində uşaq dünyaya gətirib

Mingəçevir Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində ilk dəfə doğum faktı qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki, axşam saatlarında şəhərin N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası baş verib. Belə ki, "Ford" markalı yük mikroavtobusu "Naz-Lifan" markalı avtomobillə toqquşub. Qəza zamanı "Naz-Lifan" markalı maşında olan Heydərova Aişə Müsafir qızı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. Qorxu və həyəcan keçirən hamilə qadını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırmaq mümkün olmayıb. O, ilkin müayinə üçün aparıldığı Təcili Yardım şöbəsində uşaq dünyaya gətirib.