Videoholoqram üçün ən sürətli kompüter hazırlanıb


Digərləri 04 Dek 2018 08:21:00 217 0

Videoholoqram üçün ən sürətli kompüter hazırlanıb

Videoholoqramın yaradılması güclü kompüter tələb edir. Kadrda 1 trilyon pikselədək təsvir ölçülü videonu dəstəkləmək üçün müvafiq aparat və proqram təminatı lazımdır. Sistemlər ikiölçülü məlumatlardan üçölçülü obyektin yaradılması üçün bir neçə parametri düzgün qiymətləndirməlidir.   Son.az ICTnews-a istinadən bildirir ki, Çiba Universitetində işləyən yapon alimləri 1992-ci ildən etibarən "HORN" ixtisaslaşdırılmış kompüter layihəsi üzərində çalışıblar. 2018-ci ildə videoholoqram yaratmaq üçün ən sürətli kompüter hesab edilən  "HORN 8" hazırlanıb.   "HORN 8" işığın intensivliyinin tənzimlənməsi texnologiyası sayəsində ikiölçülü şəkillərdən keyfiyyətli üçölçülü video düzəldir.