Pasiyentin dosyesi avtomatik hazırlanacaq


Digərləri 04 Dek 2018 08:25:00 252 0

Pasiyentin dosyesi avtomatik hazırlanacaq

"Amazon" şirkətinin məlumatına görə, tibbi mərkəzlər üçün yeni proqram təminatı onların xərclərini azaltmağa, gəlirini isə artırmağa kömək etməlidir. İnternet şirkətin mütəxəssisləri tərəfindən yazılmış alqoritmlər böyük həcmli rəqəmsal tibbi məlumatları çeşidləyərək faydalı məlumat tərtib etmək qabiliyyətinə malikdir.   Son.az ICTnews-a istinadən bildirir ki, "Amazon Web Services"in süni intellekt üzrə baş meneceri Mett Vud izah edir ki, indi tibbi mütəxəssislər faktiki olaraq avtonom rejimdə pasiyent haqqında dəqiq informasiya əldə edə biləcəklər. Pasiyent qəbula gəldikdə sistem artıq onun haqqında bütün məlumatları çeşidləyərək vəziyyəti haqqında informasiya tərtib edir.   "Amazon" bu sistemin yaradılması üçün dərin təlim sistemindən istifadə edib. Tibb sahəsində informasiya texnologiyaları üzrə mütəxəssis Taha Kass-Haut deyib ki, nəticə ümidvericidir.