Microsoft ABŞ ordusunu yeni şlemlərlə təmin edəcək


Digərləri 04 Dek 2018 08:15:00 223 0

Microsoft ABŞ ordusunu yeni şlemlərlə təmin edəcək

"Microsoft" korporasiyası əsgərlərin təlimi və döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş eksperimental artırılmış reallıq sistemlərinin ABŞ ordusuna çatdırılması ilə bağlı dövlət müqaviləsi imzalayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, müqavilənin məbləği 480 milyon dollar təşkil edir. Proqramın təsvirindən məlum olur ki, artırılmış reallıq şlemlərinin köməyi ilə əsgərlərdə düşmənin hərəkətlərini öncədən görmək və xəbərdarlıq etmək qabiliyyətinin artırılması ilə onların səmərəliliyini yaxşılaşdırmaq nəzərdə tutulur.   "Artırılmış reallıq texnologiyası qoşunları qərarların qəbul olunması üçün böyük həcmdə informasiya və daha ətraflı məlumatla təmin edəcək. Sözügedən layihə bu yeni sahədə ABŞ-ın Müdafiə Nazirliyi ilə uzunmüddətli və sınaqdan çıxmış əlaqələrimizi genişləndirir" - "Microsoft"un mətbuat xidmətinin bəyanatında deyilir.   Bundan əvvəl ABŞ və İsrail hərbçiləri əsgərlərin təlimi üçün "HoloLens" qarniturlarını sınaqdan keçiriblər, amma sözügedən texnologiyadan ilk dəfə olaraq əsl döyüş əməliyyatında istifadə etmək planlaşdırılır.