Meksikada quldurların hücumu zamanı 6 polis əməkdaşı qətlə yetirilib


Dünya 04 Dek 2018 08:04:00 297 0

Meksikada quldurların hücumu zamanı 6 polis əməkdaşı qətlə yetirilib

Meksikanın Halisko ştatında silahlı cinayətkarlar polis əməkdaşlarına hücum edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ştatın baş prokurorluğu məlumat yayıb.

Bildirilir ki, hadisə La-Uerta bələdiyyəsi ərazisində baş verib. Hücum zamanı 6 polis əməkdaşı öldürülüb, həmçinin daha 1 polis yaralanıb.