Googleun CEOsu ABŞ Konqressi qarşısında ifadə verəcək


Digərləri 04 Dek 2018 07:51:00 257 0

Googleun CEOsu ABŞ Konqressi qarşısında ifadə verəcək

Google şirkətinin CEO-su Sundar Pichai ABŞ təmsilçiləri palatasının informasiya ilə iş məsələləri üzrə görüşündə məhkəmə komitəsinin qarşısında ifadə verəcək. Pichai 5 dekabr tarixində "Şəffaflıq və məsuliyyət" mövzusu ətrafında olacaq görüş zamanı ifadə verəcək. Həmin görüşdə Google şirkətinin məlumat filtrasiyası və istifadəsi üsulları müzakirə olunacaq. ABŞ Konqressi öyrənmək istəyir ki, hansısa siyasi qruplar Google şirkətinin işinə təsir edib yoxsa yox. Görüş iştirakçılarını həmçinin Google şirkətinin çinli istifadəçilər üçün hazırladığı Dragonfly adlı axtarış sistemi də maraqlandırır.

Son.az technote.az-a istinadən bildirir ki, daxilində senzura özəlliyini daşıyan Dragonfly adlı axtarış sisteminin Google tərəfindən hazırlanaraq Çində istifadəyə verilməsi xəbəri hələ bu ilin Avqust ayında yayılmışdı. Güman edilir ki, Dragonfly axtarış sistemi yerli hakimiyyətin tələbi ilə saytları və axtarış nəticələrini bloklaya bilər. İnsan hüquqlarının müdafiəsi tərəfdaşları və ABŞ-ın vitse-prezidenti Google şirkətinin bu layihədən imtina etməsi üzrə dəfələrlə tələblər irəli sürüblər. Bugün isə biz xəbər vermişdik ki, sözügedən axtarış sisteminin Çində istifadəyə verilməsinə həmçinin Google əməkdaşları da qarşı çıxıblar.