Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub
Dünya 04 Dek 2018 07:56:00 249 0
Bolqarıstanda iki dolu patronu olan tapança ilə silahlanmış 71 yaşlı təqaüdçü ölkə prezidenti Rumen Radevin iqamətgahına daxil olub.
Son.az "Report"a istinadən bildirir ki, silahlı şəxs Prezident Administrasiyasının əməkdaşlarını hədələyib.
Jandarmeriya əməkdaşları onu yaxalayıb. Hazırda 71 yaşlı şəxsin bu hərəkətinin səbəbi araşdırılır.
Mənbə: milli.az