Sosial şəbəkələrin faydalı və neqativ tərəfləri bilindi


Digərləri 04 Dek 2018 07:21:00 268 0

Sosial şəbəkələrin faydalı və neqativ tərəfləri bilindi

Çox zaman sosial şəbəkələr insanlarda depressiya, paxıllıq və asılılıq kimi özəlliklərin yaranmasında günahlandırılırlar. Lakin son araşdırmalara əsasən sosial şəbəkələrin insanlara faydaları da var. Pew Research tədqiqat mərkəzi bu mövzuda apardığı sorğu nəticələrini paylaşıb. Beləliklə mərkəzin araşdırmasına əsasən gənclərin 81%-i məhz sosial şəbəkələrin sayəsində öz dostları arasındakı əlaqəni hiss edir. Bununla yanaşı sosial şəbəkələr həmin insanlara dəstəyin və özünə inamlılığın yüksəlməsinə yardımçı olurlar. Sözügedən təcrübə çərçivəsində Pew Research mərkəzinin tədqiqatçıları 13-17 yaş aralığında 743 nəfər gəncin arasında sorğu aparıblar.

Son.az technote.az-a istinadən bildirir ki, sorğuda iştirak etmiş şəxslərin 68%-i qeyd edib ki, onlar sosial şəbəkələr sayəsində çətin anlarda köməyə gələcək insanlara sahib olduqlarını hiss edirlər. Sorğuda iştirak etmiş şəxslərin 69%-nin fikrincə isə sosial şəbəkələr onlara daha geniş və müxtəlif qrup insanlarla qarşılıqlı əlaqədə olmağa yardımçı olurlar və beləliklə onlar özlərini böyük cəmiyyətin bir hissəsi hesab edirlər. Bununla yanaşı gənclərin 69%-i qeyd edib ki, sosial şəbəkə vasitəsilə onlar özlərini daha inamlı hiss edirlər. Gənclərin 26%-i isə sosial şəbəkələrdəki digər insanlarla qarşılıqlı əlaqədə olma səbəbilə özlərini daha az qorunan hiss edir.

Sadalanmış bütün müsbət fikirlərin fonunda sorğuda iştirak etmiş gənclərin 45%-i bildirib ki, onlar sosial şəbəkədə baş verən hadisələr səbəbilə özlərini sınmış kimi hiss edirlər. Gənclərin 44%-i qeyd edib ki, onlar çox zaman insanları öz dostluq siyahılarından silirlər. 78% şəxsin qeyd etdiyinə görə münasibətin kəsilməsində əsas səbəb həmin insnların sosial şəbəkələrdə yaydıqları neqativ auradır. Sorğuda iştirak etmiş şəxslərin 52%-i isə qeyd edib ki, onlar lağa qoyulmaq səbəbilə online şəkildə bu və ya digər şəxslər ilə əlaqəni kəsiblər.