Çində elektromobil sahibləri izlənir


Digərləri 04 Dek 2018 07:11:00 235 0

Çində elektromobil sahibləri izlənir

Çin hökuməti real zaman ərzində elektromobil sahiblərini izləyir. Məmurlar elektromobillərin harda yerləşdikləri, onların hansı səviyyədə enerjiyə sahib olduqlarını və s. kimi məlumatları əldə edirlər.

Son.az technote.az-a istinadən bildirir ki, bu məlumatlar guya trafikin idarəolunması və yollardakı yüklənməni aradan qaldırmaq üçün yığılır. Hal hazırda çində 220.000 ədəd elektromobil qeydiyyatdan keçib. 2016-cı ildə yaradılmış dövlət qanununa əsasən elektromobil istehsalçıları ölkənin müxtəlif yerlərində yerləşən məlumat emal mərkəzlərindən keçən nəqliyyat vasitələri məlumatlarını yığmalıdırlar. Məlumata əsasən Çin hökuməti bu məlumatlardan aktiv şəkildə istifadə edir. Bununla belə Şanxayın yol hərəkəti mərkəzinin rəhbərinin verdiyi məlumata əsasən məmurlar bu məlumatlardan elektromobil sahiblərinin izlənilməsində istifadə etmirlər və onlar bu məlumatları polislərə ötürmürlər. Son.az