Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 03 Dek 2018 23:52:00 315 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,26 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 50,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.