Kinonu siyasətə dəyişən aktrisa FOTO


Digərləri 03 Dek 2018 23:30:00 345 0

Kinonu siyasətə dəyişən aktrisa  FOTO

Yelena Drapeko: "Görəndə ki, insanlar ədalətə və müdafiəyə möhtacdır, onda siyasətlə məşğul olmağa başladım" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onu, kinoda ilk rolu "ulduza" çevirib. İndi bütün mümkün mükafatlara sahib olan və dünyanı gəzən aktrisanın bir müsahibəsi və ya yaradıcı iclası belə, film haqqında sorğusuz keçmir. Yubileyini qeyd edən Rusiya Dumasının deputatı, ictimai-siyasi xadim Yelena Drapeko haqqında "O həyatında oynadığı bütün rolları mükəmməl şəkildə ifa edir - aktrisa, siyasətçi və qanun keşikçisidir" deyirlər. Aktrisa 60-dan çox filmə çəkilməsinə baxmayaraq, hazırda daha çox siyasətçi kimi tanınır. Aktrisa-siyasətçi ilə müsahibəni təqdim edirik.

- "Burada üfüqlər sakitdir" filmindəki Liza Briçkina rolu vaxtilə sizə böyük şöhrət gətirib.

- Hə, bu tarixi danışmaq üçün bir qədər keçmişə dönməliyəm. Anam məktəbdə tarix və ədəbiyyatdan dərs deyirdi. Mən möminlər ailəsindən olduğuma görə, qaydalara ciddi riayət edərdim. Mənə bir neçə dəfə valideynlərimlə birgə müxtəlif yerlərə köçmək nəsib olub. Əvvəlcə Ufaya, sonra Petropavlovska, məktəbi bitirməyə yaxın isə Puşkinə köçdük. Mən kinonu seçəndə valideynlərim təəccüblənsə də, etiraz etmədilər. Əziyyət çəkmədən Leninqrad Teatr İnstitutuna daxil oldum. Musiqi və kinematoqrafiya fakültəsini bitirdikdən sonra "Lenfilm"də çalışmağa başladım. 1972-ci ildə Boris Vasilyevin povesti əsasında çəkilən "Burda üfüqlər sakitdir..." hərbi dramına təsadüfən dəvət aldım. İlk oynadığım Liza Briçkina rolu məni xeyli məşhurlaşdırdı. Hətta deyərdim ki, ulduza çevirdi. Baxmayaraq ki, Liza Briçkinadan sonra milyonlarla tamaşaçı tərəfindən sevilən digər rollarım da oldu: "Atasızlıq" melodramasında Olga Muromtseva, "Əbədi çağırış" teleserialında Vera İnyutina, "Xorda oxuyan qadın" komediyasında Paşa və bir çox rolları oynadım. Daha sonra ildə 3-4 filmə çəkilməyə başladım. "Damğalı atom", "Halay", "Əbədi çağırış", "Xüsusi gənc", və "Köhnə dostlar". Düzdür, bunlar çox da böyük olmayan epizodik rollardır. 1976-cı ildə isə baş rollara çəkilmək vaxtı gəlib çatdı. "Atasızlıq" filmində Olqa Muromseva roluna çəkildim. Əfsus ki, bir çox rejissorlar mənim istedadımın dərinliyini və ölçüsünü nəzərə almağı bacarmadı. Tez-tez, mənə Liza Briçkina və Olga Muromtseva kimi "xalq simvolları" oynamaq təklifi olunurdu. 90-cı illər kinematoqrafiya üçün əsl sınaq illəri idi. Arabir, filmlərə dəvət alırdım. Ancaq kinonu siyasətə dəyişdim. Hərdən filmlərdə çəkilməyimə baxmayaraq,  fəaliyyət sahəmi siyasətə dəyişdim. Belə deyim, görəndə ki, insanlar ədalətə və müdafiəyə möhtacdır, onda siyasətlə məşğul olmağa başladım. Əvvəlcə ictimai xadim, sonra isə peşəkar kimi.

- Siz təzə çəkilmiş "Üfüqlər"ə baxıbsınız. Təəssüratlarınız maraqlıdır?

- Mən premyeraya gənc rejissor Renat Davletyarovu ruhlandırmaq üçün getmişdim. O, elə həyəcanlı idi ki... Köhnə filmdəki həmkarlarımın heç biri gəlməmişdi. Onlar belə hesab edirdilər ki, hələ bizim filmimiz sağdır və insanlar ona baxırlar, təzə film çəkmək lazım deyildi.  Mən isə düşünürəm ki, film ecazkardır, amma bu o demək deyil ki, özünü sınamaq lazım deyil. Və mən gənc komandaya çox minnətdaram ki, 40 ildən çox keçməsinə baxmayaraq, hərbi filmlərə müraciət edirlər. Axı, onlar filmi pis çəkməmişdilər. Gənclik ona baxır. Hamıya yenilik lazımdır.  

- Deməli, film sizin xoşunuza gəlib.

- Renat öz işinə çox diqqətlə yanaşır. Başqa məsələdir ki, onlar bu mövzudan uzaqdırlar. Müharibədən sonrakı nəsilik və ona görə də, bizim qanımızda müharibənin xatirələri var. Onlar isə elə nəslə aiddirlər ki, Böyük Vətən Müharibəsi onların gözündə 1812-ci ilin müharibəsindən fərqlənmir. Amma almanlar şən turistlərdir. Ona görə də, bizim yaşadığımız tarixi yəqin ki, yaşaya bilməzlər. Bu barədə onlardan nə soruşasan... İndiki nəslin fikirləri də fərqlidir. Mənim qızım radioda redaktor işləyir. Bir dəfə onun verilişinə qulaq asdım və dedim: "Qızım, sizin aparıcılarınızın söylədiyini başa düşmək çətindir. Bu nə sayıqlamalardır?" Qızım cavab verdi ki, mənim radiostansiyam xoşuna gəlmirsə, qulaq asmaya bilərsən, sən mənim auditoriyamdan deyilsən.


Xəbərə aid fotolar