AĞRILI ZOB nədir? Simptomlar


Digərləri 03 Dek 2018 23:34:00 403 0

AĞRILI ZOB nədir?  Simptomlar

Qalxanabənzər vəzin iltihabı xəstəliyi olan ağrılı tiroidit yarım kəskin (subakut) tiroidit, De Quervain tiroiditi və ya digər bir deyişlə granulomatoz, nəhəng hüceyrəli tiroiditi kimi də adlanır.

Xəstəliyin ən tipik əlamətləri: boyunda qalxanabənzər vəzi bölgəsində şiddətli ağrı, yüksək həssaslıq və sərtlikdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ağrı ümumiyyətlə boyunun bir tərəfindən başlayır, daha sonra digər tərəflərinə yayılsa da, bir tərəfdə daha güclü olur. Bəzən də bir tərəfdə ağrı azalarkən, boyunun digər tərəfində davam edə bilər.

Ağrılı zob (subakut tiroidit) zamanı ağrı çox şiddətli olur və adətən, çənəyə, dişlərə, qulağa yayılır. Udqunma, öskürək, baş hərəkətləri, əllə toxunmaq, geyim təması ağrını artıra bilir. Ağrı səbəbindən udma çətinliyi, səs batması müşahidə oluna bilər.

Xəstələrin bir hissəsində, ağrının inkişafından günlər və ya həftələr əvvəl keçirilmiş üst tənəffüs yollarının virus iltihabı olub.

Xəstələrin çoxunda halsızlıq, iştahsızlıq, sümük, oynaq və əzələ ağrıları, üşümə, titrəmə və hərarətin yüksəlməsi kimi əlamətlər olur.

Xəstəliyin gedişi əsnasında qanda tiroid hormonlarının səviyyəsi qalxır ki, bu  səbəbdən müvəqqəti hipertireoid əlamətləri görülür.