Valideynlər, uşaqların əsəbi olmasının səbəbkarı sizsiniz Müsahibə FOTO


Digərləri 03 Dek 2018 22:25:00 302 0

Valideynlər, uşaqların əsəbi olmasının səbəbkarı sizsiniz  Müsahibə  FOTO

Xəyalə Məmmədova: "Dəfələrlə olub ki, uşağı gətiriblər, valideynə müalicə yazmışam" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İndiki uşaqların daha əsəbi olması ilə bağlı fikirlər tez-tez səsləndirilir, səbəbləri isə heç də həmişə müzakirə mövzusu olmur. Mövzu ətrafında nevroloq Xəyalə Məmmədovailə söhbətləşdik. Söhbət zamanı bu qənaətə gəldim ki, "uşaqlar ailənin güzgüsüdür" fikrinə bir az psixoloji tərəfdən də baxmaq mümkündür. Çünki ailədə necə münasibət qurulursa, uşaq da yaşıdları arasında özünü elə aparır, böyüklərə qarşı da o reaksiyanı göstərir.

- Deyirlər ki, ehtiyac olmadığı təqdirdə, xəstələrə dərman yazmırsınız, yaxud çox az dərman təyin edirsiniz. Bizdə isə həkimə gedəndə böyük resept yazılması gözlənilir. Dərmanı hansı hallarda təyin edirsiniz, hansı hallarda yox?

- Tam olaraq dərman təyin etmədiyimi deyə bilmərəm. Xəstədəki patologiyaya uyğun dərman təyin olunur. Bizdə çox adam böyük resept yazılmasını istəyə bilər, amma mən bu cür işləmirəm. Məsələn, körpə uşaqları yuxu pozulması səbəbi ilə gətirirlər. Əslində, sırf insomniyaya (yuxu pozulması) daha çox uşaqlarda rast gəlinir. Çünki böyüklərdə yuxunun pozulmasını digər problemlərlə əlaqələndiririk. Amma uşaqlarda yuxunun pozulması daha çox valideynlərin onları düzgün yuxu rejiminə öyrətməməyindən qaynaqlanır. Özləri uşaqların rejimini pozurlar. Ata-ananın işini bitirib onu yatırmağını gözləyəndə, uşaq əlbəttə, yatmayacaq, gecə narahat olacaq. Yaxud, analar adətən, bir yaşına qədər gecə də süd verirlər. Uşaq reflektor olaraq bu rejimə öyrəşdiyi üçün acır və gecə oyanır. Bu, yuxu pozulması deyil. Bu kimi hallarda dərman preparatı təyin etməyə qarşıyam. Çünki bunu özümüz düzəldə bilərik. Uşaqların yuxu rejimini qaydaya necə salmalı olduqlarını izah edirəm. Məsələn, yatmazdan əvvəl uşaqlar açıq havada olmalı, çox hərəkətli oyunlar oynamamalıdırlar. Yuxuya yaxın vaxtı daha sakit, rahat keçirməlidirlər. Bir az böyük yaşlardadırlarsa, axşam yatmağa doğru qorxulu filmlərinə baxmasınlar. Bunları izah edirəm. Yuxu pozulması olmadığı halda, dərman təyin edə bilmərəm. Bu kimi hallarda dərman təyinatı ümumiyyətlə, nə dərəcədə effekt verəcək?

- Valideynlər belə məqamlarda dərman yazılmasını tələb edirlər?

- Bəli, özlərinin tənbəlliyindən bunu edirlər. Deyirlər ki, ay həkim, kimdir onu axşam gəzdirən və s. Yəni öz rahatlıqları üçün dərman yazılmasını istəyirlər. Amma mən buna getmirəm, durumu izah edirəm. Elə uşaqlar var ki, gecə oyanıb ağlayırlar, qorxu-həyəcan sindromu olur, onlara təbii ki, dərman yazılır, onsuz alınmır.

- Deyirlər ki, uşaqlar əvvəlki kimi deyil. İndikilərin salamlığında problem çox olur, daha əsəbidirlər...

- Tək sinir sistemi deyil, fiziki olaraq da əvvəlki ilə indiki nəsil uşaqlar arasında fərq var. Bu, qidalarla bağlı olan şeylərdir. Uşaqların əsəbi olmaları isə ananın hamiləlik vaxtı qidası, yaşadığı stress faktorlarından qaynaqlanır. O vaxt bizim ata-anamız da indiki valideynlər qədər stress yaşamırdılar. Valideynlərin stress vəziyyətində olmaları, uşaqlara da təsir göstərir.

- Bu təsir nə dərəcədə olur?

- 80 faiz hallarda uşaqların əsəbi olmasının səbəbkarı valideynlər olur. Evdə olan münaqişə, münasibətlər hamısı uşağa təsir edir. Uşaqlar ailənin güzgüsüdür. Biz özümüzlə, həyat yoldaşımızla necə münasibət qururuqsa, uşaq da öz yaşıdları arasında özünü elə aparır. Böyüklərə qarşı da o reaksiyanı göstərir.

- Uşaqların əsəbi olmağını genetika ilə əlaqələndirənlər də var...

- Genetik də deyirik, amma nevrozdan əziyyət çəkən valideynlərin uşaqlarının tam sağlam olduğunu da görürük. Ona görə, tam genetik demək də düzgün deyil. Sırf, bizim gündəlik həyatımızdan, ailə münasibətlərimizdən dolayı, belə hallar uşaqlarda baş verə bilir.

- Uşaq yoxlanışa gələndə problemin nə olduğunu anında müəyyən etmək olur?

- Bir xəstəyə 5-10 dəqiqə ərzində baxmıram. Bu müddətdə mən uşaqdan istədiyim informasiyanı toplaya bilmərəm. Ən azından 30-40 dəqiqə baxılmalı, tam anamnez toplanmalıdır. Bu söhbətin nəticəsində bir çox hallarda məlum olur ki, problem uşaqda yox, ya atada, ya da anadadır. Dəfələrlə olub ki, uşağı gətiriblər, valideynə müalicə yazmışam. Müalicədən sonra da öyrənmişəm ki, hər şey normaldır, artıq uşaqda problem yaşanmır. Hətta gəlib deyirlər ki, özümü ələ alandan sonra görürəm ki uşağım da sakitdir.

- 30-40 dəqiqədə əsas nəyi öyrənirsiniz?

- Ana bətnində olan dönəmdən indiki dövrə qədər olan vəziyyəti. Xəstəyə "şikayətiniz nədir" sualını nadir hallarda verirəm. Ananın hamiləlik dövründən yanıma gəldikləri vaxta qədər, ümumi məlumat toplamağa çalışıram, sual verirəm. Hamiləlik dövründə hansısa preparatları qəbul etməsi ilə maraqlanıram. Ümumi məlumatı toplayandan sonra şikayətlərini soruşuram.

- Uşaq vaxtı problem həll olunmayanda, gələcəkdə onların şəxsiyyət kimi yetişmələrində nə kimi təsirləri olur?


Xəbərə aid fotolar