Ankarada partlayış olub, xəsarət alanlar var FOTO


Dünya 03 Dek 2018 22:10:00 263 0

Ankarada partlayış olub, xəsarət alanlar var  FOTO

Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə şəhərdə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Partlayışa qaz sızması səbəb olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanlardan 3-ünə hadisə yerində tibbi yardım göstərilib, digər 4 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


Xəbərə aid foto