Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi başa çatıb


Digərləri 03 Dek 2018 21:55:59 281 0

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresi başa çatıb

Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi başa çatıb

Bakı. Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi başa çatıb. FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edib. Konqresin ikigünlük iclaslı zamanı FIG prezidentinin və texniki koordinatorun hesabatları, eləcə də gimnastika növləri üzrə qurumun Texniki komitələrinin hesabatları dinlənilib. Sonra FIG-in daxililində olan qitə ittifaqlarının rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.